Qızıl-zinət əşyalarını evdə saxlayaq, yoxsa, bankda?

GÜNDƏM 03 may 2024, 19:45
Vaxtaşırı mənzillərdən qızıl-zinət əşyalarının oğurlanması barədə xəbərlərə rast gəlirik. Vətəndaşların çoxu qızıl-zinət əşyalarını evdə saxlayır. Nağd pulu banka qoymaq geniş yayılsa da nədənsə qızıllarını banklara qoyanların sayı elə də çox deyil. Bəs, bu, nə dərəcədə etibarlıdır?

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, vətəndaşlar qızıl-zinət əşyalarını banklarda seyflərə qoya bilərlər:



“Həmin seyfləri icarəyə götürə bilərlər. Bu, kifayət qədər təhlükəsizdir. İndiyə kimi Azərbaycanda heç bir bankdan seyf barəsində şikayət eşitməmişəm. Bank bağlansa belə bunun seyfə aidiyyəti yoxdur. Seyfdə olan pul, qızıl banka qoyulmuş hesab olunmur. Sadəcə icarəyə götürülür. Yaxşı olardı ki, vətəndaşlar qızıl-zinət əşyalarını bu seyflərdə saxlasınlar. Əlbəttə, söhbət yüksək dəyərdə olan qızıl-zinət əşyalarından gedir”.  

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top