Sudan prezidentinin oğlu dünyasını dəyişdi

DÜNYA 03 may 2024, 21:40
Ankarada motosiklet qəzasında ağır yaralanan Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A.Fettah el-Burhan Rəhman dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, təxminən bir aya yaxındır sağ qalmaq üçün mübarizə aparan A.Fettah bu gün həyata gözlərini yumub. 

Onun ölüm xəbəri Sudan prezidentinə və ailəsinə çatdırılıb.

Xatırladaq ki, sözügedən hadisə mart ayının 8-i Türkiyə Konstitusiya Məhkəməsinin yaxınlığında baş verib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top