ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”

COP29 04 may 2024, 12:21

“Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq”.

“Report”un məlumatına görə, bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson bildirib.

“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı inkişaf etməkdə olan ADB-nin üzv ölkəsinə qayıdır. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən edib”, - o qeyd edib.

ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox sadiqdir:

“Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top