Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

SİYASƏT 04 may 2024, 15:14
Azərbaycan xalqı həmişə sülhsevər xalq olub. Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar, etnik qruplar, müxtəlif dinlərin təmsilçiləri olub. Onlar Azərbaycanda bərabər hüquqlu vətəndaşlar kimi azərbaycanlılarla birgə, bir ailə kimi yaşayıblar. Xalqımız bir çox dövlətlərdən fərqli olaraq tolerantlığı, qarşılıqlı hörmət və tərəfdaşlıq kimi dəyərləri hər an qoruyub saxlayıb.

Multikulturalizm Azərbaycan xalqı üçün demək olar ki, həyat tərzidir. Burada hər bir milliyyətdən olan vətəndaşlara və onların dininə hörmətlə yanaşılıb. Multikulturalizmlə bağlı respublikamızda bir çox tədbirlər keçirilib və keçirilməkdədir.

Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də əsl vətənpərvər insanlar kimi vətənimizin dar günündə əllərinə silah alıb vətəni işğalçılardan qoruyaraq şəhidlik zirvəsinə ucalıblar.

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda  işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi olub. Forumda 100-dən çox ölkənin 700 mötəbər təmsilçisi - dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən  ibarət iştirakçılar dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəlib. Forumda dünya üçün aktual olan çağırışlar və məsələrin müzakirə olunması, həmçinin bir sıra ölkələrdən dini liderlərin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi planlaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim cöğrafi mövqeyimiz Şərq ilə Qərb arasında yerləşməyimiz əslində bu tendensiyaya imkan yaratdı və çox mədəniyyətli və böyük etnik mədəniyyətə sahib olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanın uğrlu inkişafını bir müstəqil ölkə kimi şərtləndirən məsələ də əminəm ki, məhz bunlardan ibarətdir. Bildiyiniz kimi 3 ildən sonra Bakı prosesi rəsmən təsdiqləndi və biz Mədəniyyətlərarasi dialoq forumuna başladıq.
Sülh və sabitliyin, həmrəyliyin amillərindən biri Azərbaycan cəmiyyətində məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır.

Təcrübəmiz göstərir ki, ilk müstəqillik illərində biz çox çətinlik çəkdik. Lakin çıxa bildik bu vəziyyətdən. Burada işğal var idi, çox  iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdlər var idi və aqressiv separatçılıq var idi və bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi”.

Bildiyimiz kimi Azərbaycan 2019-cu ildə BMT-dən sonra ən güclü təşkilat olan və özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına yekdilliklə sədr seçildi. Çox qürurverici haldır ki, bu sədrlik yekdil qərarla sonra bir il də artırıldı.

 Qoşulmama hərəkatının təməl dəyərlərindən biri suveren ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Azərbaycan sədrlik vaxtında həmin hərəkatın təsisat seqmentini gücləndirməyə çalışdı. Bununla bağlı daxildə şəbəkə yaradıldı.  Qadınlar və gənclərin birliyi yaradıldı. 

Azərbaycan Prezidenti çıxışında eyni zamanda qeyd etdi ki, COVİD vaxtlarında həmin platformadan istifadə edərək bu qorxulu xəstəliyin fəsadlarını çalışdıq ki, aradan qaldıraq. Azərbaycan o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi. Biz ədalətə, beynəlxalq hüquqa bağlı idik. Belə ki, bəzi Avropa ölkələri gücsüz ölkələri müstəmləkə altında saxlayır. Biz bu gün o ölkələrə çalışıb kömək etməliyik.
Çox sevindirici haldır ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz COP29 ev sahibliyi edən ölkə kimi rolumuzu körpülərin salınmasında görürük. Bizə həmrəylik və qarşılıqlı etimad lazımdır.Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha şox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Sədlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər 5 qiqavat da istismara veriləcək. Bütün bunlar üçün isə çox yaxşı sərmayə şəraiti yaradılıb”.

Ceyran Həsənova
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top