Peskov: “Ukraynaya göndərilən silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək”

GÜNDƏM 24 apr 2024, 17:30
“ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.

ABŞ-nin Ukraynaya silah göndərməsini qiymətləndirən Peskov münaqişə bölgəsindəki vəziyyətin aydın olduğunu deyib:

“Müharibə bölgəsində vəziyyət hər kəsə aydındır. Buna baxmayaraq göndərilən yeni silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. 

Prezident Vladimir Putin daha əvvəl “Ukraynada təhlükəsiz zona yaradılmalı olduğunu” ifadə edib. Lakin hələ də bununla bağlı heç bir dəyişiklik olmayıb”.

Qeyd edək ki, Peskov Ukraynaya uzaqmənzilli raket sistemlərinin tədarükü ilə bağlı sualı cavablandırmayıb. Bununla bağlı cavab verilməsi məsələsinin Rusiya Silahlı Qüvvələrinin səlahiyyətlərinə aid olduğunu bildirib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top