Qətldə şübhəli bilinirdi: İnfarkt keçirib öldü

HADİSƏ 29 apr 2024, 12:28
Dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Sadiq Hüseyin oğlu Əhmədov qətlə yetirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən bir saat sonra vəfat edib.

Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib və bir qədər sonra o, infarkt keçirərək dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan öldüyü bildirilib.

O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top