Hit.az 4 yaşında...

MEDİA 01 may 2024, 14:26
Bu gün Hit.az xəbər portalının 4 yaşı tamam olur.

Sayt 1 may 2020-ci ildə fəaliyyətə başlayıb. Burada ölkə və dünya gündəmi ilə bağlı operativ xəbərlər, təhlil və multimedia məlumatları dərc olunur. Xüsusilə Gülnarə Əmirqızının 1 il öncə baş redaktor olmasından sonra sayt daha da inkişaf edib. 

Geridə qalan 1 il ərzində Hit.az-da ölkədə və dünyada baş verən ən son məlumatlar operativ şəkildə yayımlanır. Saytda siyasət, iqtisadiyyat, sosial, cəmiyyət, şou-biznes, mədəniyyət, sağlamlıq, avto, turizm, idman və digər sahələrdə bir-birindən maraqlı özəl xəbərlər dərc olunur. Müxtəlif mövzulara dair açıqlamalar, ekspert rəyi, müsahibələr, təhlillər və araşdırmalar isə saytı daha da rəngarəng edir. 

Demokrat.az xəbər portalı da "Hit.az"ın kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top