Deputat: “COP29-un Azərbaycana etibar olunması ölkənin gücünü, qətiyyətini göstərir”

COP29 01 may 2024, 17:19
“İqlim dəyişikliyə ilə bağlı  məsələlər hazırda bütün dünyada aktualdır. Dünyanın əksər ölkələri bu məsələlərə çox həssas yanaşır. Belə bir önəmli məsələ ilə bağlı tədbirin keçirilməsinin Azərbaycana etibar olunması ölkənin gücünü, qətiyyətini göstərir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, COP29 Azərbaycanın layiqincə öhdəsindən gələcəyi dünya səviyyəli böyük platformadır:

“Tədbirin ölkəmizdə keçirilməsi ölkə başçısının dünya miqyasındakı qlobal liderlər sırasında ən nüfuzlu insanlardan biri olduğunu göstərir. Konfransa gələn dövlət başçıları, diplomatlar, ekspertlərin sayına və nüfuzuna baxsaq, görərik ki, hər il bu göstəricilər artır. Bu da əsas verir ki, Azərbaycanda bu tədbir daha yüksək səviyyədə keçiriləcək. 

Digər məsələ Azərbaycanın belə tədbirlərin keçirilməsindəki böyük təcrübəsidir. Bir çox beynəlxalq, dünya səviyyəli tədbirlərin keçirilməsində nümunə göstərmişik. Bu sahədəki təcrübəmiz onu deməyə əsas verir ki, COP29 ən yüksək səviyyədə təşkil olunacaq. 100 minə yaxın insan iki həftə ərzində Azərbaycanda olacaq”.

V.İskəndərov vurğulayıb ki, bu müddət ərzində dünyanın bütün diqqəti Bakıda olacaq: 

“Bu da ölkəmizin imicinə müsbət təsir deməkdir. Azərbaycan müasir dünyada uğurlu inkişafını bir daha bütün dünyaya göstərmiş olacaq. Təbii olaraq gələcək inkişafımızda COP29 dərin izlər buraxacaq. 

Azərbaycan dünyaya yeni formatda təqdimat olunacaq, müstəqil, suveren ölkə kimi inkişafını qlobal dünyaya göstərəcək. Dəyərlərimiz, mədəniyyətimiz, mətbəximiz geniş miqyasda təbliğ olunacaq. Bakı gözəlliyi ilə bütün dünyanı heyrətə gətirəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top