COP29 Azərbaycana siyasi xallar qazandıracaq — Politoloq

COP29 03 may 2024, 12:12
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Azərbaycanda keçiriləcək. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.

Politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, COP29 Azərbaycan üçün müstəsna əhəmiyyətə malik tədbirdir:

“İqlim dəyişiklikləri, ekologiyada baş verən mühüm transformasiyalar Azərbaycanı da narahat edir. Azərbaycan ekologiyanın qorunması, ətraf mühitin təhlükəsizliyinin təmin olunmasını dəstəkləyən dövlətlərdən biridir. COP29 çərçivəsində keçirilən müzakirələr, qəbul olunan qərarlar dünyanın bu məsələyə diqqətini artıracaq. Prezident İlham Əliyevin də bildirdiyi kimi COP29 bizim üçün fürsət olmaqla yanaşı, həm də Azərbaycanın bu sahəyə töhfə vermək niyyətini ifadə edir. Tədbir, eyni zamanda, Azərbaycana siyasi xallar qazandıracaq. Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək. Bu tədbirdən lazımınca istifadə etmək lazımdır. Çünki dünyada bu gün müharibələr, dağıntılar, fəlakətlər cərəyan edir. Lakin Azərbaycan sülh gündəliyini təşviq edir. Regional təhlükəsizliyin artırılması bizim üçün olduqca önəmlidir. Ümumilikdə tədbirin BMT çərçivəsində keçirilməsi həm də bir sıra prioritetlər formalaşdırır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top