SOCAR-ın dekarbonizasiya proqramı nəyi hədəfləyir?

İQTİSADİYYAT 03 may 2024, 16:02
“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları “xalis sıfır”a çatdırmağı hədəfləyir”.

Demokrat.a
z xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.

O bildirib ki, qurum bu hədəfə yaxınlaşmaq üçün bir sıra işlər görür:

“Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından istifadə edir. Bununla yanaşı, dekarbonizasiya, yeni bizneslərin fəaliyyətə başlaması və təşkilati transformasiya işləri görülür. 

Qeyd edək ki, sadalananlar şirkətin fəaliyyətində və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün edilən dəyişikliklərdir”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top