ABŞ səfiri Şuşaya getdi — FOTOLAR

XARİCİ SİYASƏT 06 may 2024, 12:54
ABŞ-ın Bakıdakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə bu gün işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Bu bardə Demokrat.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.








SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top