“Rusiya ilə bağlı nə demişəm düz demişəm…” — Simonyan

DÜNYA 06 may 2024, 14:01
Ermənistan parlament sədrinin Rusiya siyasəti ilə bağlı bəyanatları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verilib.

Demokrat.az bildirir ki, bu barədə mayın 6-da Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

Spikerin sözlərinə görə, o, Rusiya tərəfinə nə cavab verildiyindən xəbərdardır, lakin təfərrüatları açıqlamayıb. “Bu barədə danışmayacağam. Bu mənim işim deyil. Mən öz verdiyim bəyanata cavabdehəm. Nə demişəmsə düz demişəm, yerində demişəm. Bu gün də, həmişə bunu deməyə hazıram”. – Simonyan bildirib.

Alen Simonyan kimin adından Rusiyanı tənqid edən bəyanatlar verdiyini soruşduqda, spiker sərt reaksiya verib: “Bu nə deməkdir? necə yəni kimin adından? Mən birbaşa mandatla seçilən insanlardan biriyəm. Əgər bəzi ölkələrdə hakimiyyət xalqı təmsil etmirsə, bu, onların problemidir”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko spiker Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğunun hazırlanaraq göndərilməsi barədə göstəriş verib.

Xatırladaq ki, Aİ ölkələrinin parlament sədrlərinin İspaniyada keçirilən konfransında Simonyan bildirib ki, Ermənistan Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top